Yazıçının “Niyə Elçin Quliyevin olduğu helikopter enəndə qəza etmir?” sualına DEPUTATDAN CAVAB

“Niyə Elçin Quliyevin özünün olduğu helikopter enəndə qəza etmir, bu qədər adamyeyən məmurun birinin də burnu qanamır, niyə?”

Ucnoqta.az xəbər verir ki, bu sualı yazıçı Aysel Əlizadə ünvanlayıb.

“Demirəm e, Elçin bəy və ya qeyrisi ölsün, sadəcə, düşünürəm, Allaha sual edə-edə qalmışam…” – A.Əlizadə qeyd edib.

Deputat Fazil Mustafa isə yazıçıya bu mövqenin yanlış olduğunu bildirib: “İstənilən münasibət sual cümləsi ilə də, nida cümləsi ilə də ortaya qoyula bilər. Polkovnik, polkovnik-leytenant yüksək rütbəli şəxslər deyil? Əsgər şəhid olsaydı, yazacaqdınız ki, kasıbın balası öldü? Bu kimi hadisələrə belə münasibət olmaz. Rəy yazan bəzi savadsızlar məsələnin mahiyyətini anlamadan düşüncə qarışıqlığı yarada bilərlər. Ancaq bunu ziyalı kimi tanıdığımız siz etməməlisiniz. Qəza olub, helikopterə minəndə kimdənsə varlı-kasıblıq sertifikatı soruşulmayıb və iki yaralı da dayısı olduğuna görə sağ qalmayıblar. Bu insanlar Qarabağ səmasında da şəhid ola bilərdilər. Orada hansısa general da ola bilərdi. Onda həmin ölümə təsəlli tapılacaqdı? Lütfən, diqqətli olaq!”.

Tarix
2 Dekabr 2021 [10:21]
Müəllif
Üç nöqtə
2021-12-02 10:21:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin