Tanınmış bloqer məşhur serialda ərinin şəklini gördü - VİDEO

Amsterdamdan olan məşhur “TikTok” bloqeri Rianna Meyer serilların birində ərinin şəklini görərək şoka düşüb.

Məlum olub ki, rejissorlar qızın “Instagram” hesabından fotonu götürüblər, qızın təsvirini aktrisanınkı ilə əvəzləyiblər.

Video sosial şəbəkələrdə virus kimi yayılaraq cəmi bircə günə 2,6 milyon baxış toplayıb.

Bloqer özü vəziyyəti gülüşlə qarşılayıb.

“O kimdir? Mən anlamıram. Ancaq ümumilikdə birlikdə yaxşı görünürlər. Bununla bağlı nə deyəcəyimi bilmirəm”, - deyə qız zarafat edib. Roliki isə o, “İnternet çox şən məkandır” adı ilə paylaşıb.

Sürətlə yayılan video serialın yaradıcılarına da çatıb.

Sonradan Meyer bildirib ki, layihə komandası onunla əlaqə saxlayaraq, üzrxahlıq edib.


​///oxu.az

Tarix
16 Oktyabr 2021 [09:57]
Müəllif
Üç nöqtə
2021-10-16 09:57:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin