Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Kosovo yığmasının sükanı arxasına keçmək istəyir.
İtaliyalı mütəxəssis bu barədə "indeksonline" nəşrinə açıqlamasında deyib.
O, sözügedən kollektivə başçılıq etməyə hazır olduğunu bildirib: "Mənə belə bir təklif gəlsə, qəbul edərəm. 1 aydan sonra AFFA ilə müqaviləm başa çatacaq. Amma Kosovo Futbol Federasiyası ilə danışığım olmayıb. Təkliflərə açığam və bu komandaya rəhbərlik etmək mənim üçün yaxşı olardı".
65 yaşlı mütəxəssis Bernar Şallandın Kosovo yığmasından istefa verməsinə təəssüfləndiyini söyləyib: "Onu yaxşı tanıyıram. Amma məşqçi işi belədir".
Qeyd edək ki, Şalland 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki uğursuz nəticələrdən sonra istefaya göndərilib. B qrupunda yer alan və keçirdiyi son iki oyunda Gürcüstana 1:2, İsveçə isə 0:3 hesabı ilə uduzan Kosovo 4 xalla sonuncu sırada qərarlaşıb.///report