Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında üçüncü medalını qazanıb.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan güləşçisi Rafiq Hüseynov Olimpiya Oyunlarında bürünc medal görüşünə çıxıb.
O, erməni güləşçi Karapet Çalyanla üz-üzə gəlib.
İdmançımız bu görüşdən 4:1 hesablı qələbə ilə ayrılaraq bürünc medala sahib olub.
Bu, Azərbaycanın Tokio-2020-də üçüncü medalı olub. Daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medala sahib olub.