Türkiyədə azərbaycanlı yanğınsöndürən ölüb? - Nazir müavinindən AÇIQLAMA

21:11 - 1 Avqust 2021 - Xəbər

Türkiyədə yanğınsöndürmə əməliyyatında iştirak edən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Emil Azadovun ölüm xəbəri yayılıb.

Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev Manset.az-a açıqlamasında bildirib ki, bu barədə xəbər əsassızdır və həqiqəti əks etdirmir.

“Əməkdaşlarımız arasında yaralanan və dünyasını dəyişən yoxdur. Yanğınsöndürmə işləri davam etdirilir”, - deyə E.Mirzəyev bildirib.
Qeyd edək ki, FHN-in yanğınsöndürmə qüvvələrinin 320 əməkdaşı Türkiyədə yanğınsöndürmə əməliyyatlarında iştirak edir. 

Xəbər xətti