Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə azərbaycanlı yanğınsöndürən ölüb? - <font color=red><b>Nazir müavinindən AÇIQLAMA</b></font>

21:11 - 1 Avqust 2021 tarixində dərc olunub.

Türkiyədə yanğınsöndürmə əməliyyatında iştirak edən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Emil Azadovun ölüm xəbəri yayılıb.

Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev Manset.az-a açıqlamasında bildirib ki, bu barədə xəbər əsassızdır və həqiqəti əks etdirmir.

“Əməkdaşlarımız arasında yaralanan və dünyasını dəyişən yoxdur. Yanğınsöndürmə işləri davam etdirilir”, - deyə E.Mirzəyev bildirib.
Qeyd edək ki, FHN-in yanğınsöndürmə qüvvələrinin 320 əməkdaşı Türkiyədə yanğınsöndürmə əməliyyatlarında iştirak edir. 

Müəllif: