Xırdalanda avtomobil 7 yaşlı uşağı vurdu

23:25 - 18 İyun 2021 - HADİSƏ

Abşeronda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Xirdalan şəhərində qeydə alınıb.
Belə ki, 2014-cü il təvəllüdlü İbrahimli Tuncay Tural oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona döş qəfəsinin zədəsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti