Vətən müharibəsində şəhid olan baş leytenant Tərtərdə dəfn olunub.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Vətən müharibəsində itkin düşdükdən 8 ay sonra nəşi tapılan Azərbaycan Ordusunun baş leytenantı,Tərtər rayon Kəngərli kənd sakini, 1993-cü il təvəllüdlü Qənbərli Qənbər Bəhruz oğlu bu gün doğulduğu Kəngərli kəndində dəfn olunub.
Dəfndə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəsmiləri, şəhidin silahdaşları və rayon ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumata görə, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş hərbi qulluqçu, baş leytenant Qənbərli Qənbər Bəhruz oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.