“Azərsu” ASC-nin əməkdaşı iş yerində öldü

17:09 - 13 Aprel 2021 - HADİSƏ

Bakıda nasosxanada ölüm hadisəsi baş verib.

“Report”un xəbərinə görə, “Azərsu” ASC-nin Pirallahı rayonunda yerləşən nasosxanasında çalışan 60 yaşlı Firuzə Məmmədova qəfildən ölüb.

Hadisənin infarkt səbəbindən baş verdiyi ehtimal edilir.

Xəbər xətti