ARGTMŞ sədri “Qlobal Sahibkarlıq Konqresi”-də iştirak edir

15:57 - 14 Mart 2017 - Cəmiyyət

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov Cənubi Afrika Respublikasının Yohhanesburq şəhərində keçirilən “Qlobal Sahibkarlıq Konqresi 2017”-də iştirak edir. Konqresdə eyni zamanda Qlobal Sahabikarlıq Şəbəkəsinin Azərbaycan üzrə nümayəndəsi olan Seymur Hüseynovla yanaşı 160 ölkəni təmsil edən 8500-dən artıq sahibkarlar, investorlar, tədqiqatçı və 55 ölkənin sahibkarığın inkişafına cavabdeh nazir və siyasətçilər iştirak edir.

13-16 mart 2017-ci il tarixlərində təşkil olunan Konqresə artıq start verilib. Konqresdə rəsmi tədbirlər və görüşlərlə yanaşı, dünyanın aparıcı ekskpert və biznes-qurumları tərəfindən master-klaslar keçiriləcək və işçi qruplar təşkil olunacaq. Bir sıra sessiyaların iştirakçısı olacaq nümayəndələr sənayə liderlərindən uğurlu biznes təşəbbüsləri və təcrübələri haqqında dəyərli məlumatlar qazanmaq imkanı əldə edəcəklər. 
Qeyd edək ki, biznes ətrafının formalaşması üçün səmərəli platformaya çevrilən konqresdə yeni biznes ideyaların və startapıarın təqdimatı gözlənilir. 
Konqres çərçivəsində 13 mart tarixində dünyanın 160-dan artıq ölkəsində fəaliyyət göstərən “Qlobal Sahibkarlıq Şəbəkəsi”nin illik yığıncağı keçirilib. Yığıncaqda fəaliyyət hesabatı, strateji planlar və 2020-ci ilə qədər baxış müzakirə olunub.
Məlumat üçün qeyd edək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür. 

Xəbər xətti