Sərnişin avtobusunun sürücüsü artıq sərnişin götürmək üçün insanların həyatını təhlükəyə atıb. Ucnoqta.az xəbər verir ki, azxeber.com-a göndərilən video Bakının Zabrat qəsəbəsində çəkilib. Hərəkətdə olan 99-JL-386 dövlət nömrə nişanlı avtomobilin artıq pul qazanmaq üçün sərnişinlərin həyatını təhlükəyə atdığı görüntülənib. Belə ki, qapının çölündə qalan sərnişinlərdən bəziləri tutacaqlardan sallaşaraq ölümlə rəqs ediblər.
Həmin görüntüləri təqdim edirik: