Nəcməddin Sadıkov Moskvaya gedib

13:14 - 14 Mart 2017 - Xəbər

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov martın 14-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, N.Sadıkov martın 15-də MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edəcək.
İclasda nümayəndə heyətlərinin rəhbərləri MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparacaqlar.
İclas çərçivəsində “Suriya Ərəb Respublikasında keçirilən döyüş əməliyyatları nəticəsində qazanılmış təcrübələrə əsasən terrorizmə qarşı mübarizənin hərbi aspektləri” mövzusunda konfransın keçirilməsi nəzərdə tutulur.

Xəbər xətti