Bu ilin fevral ayında Azərbaycanda 36 qida zəhərlənməsi faktı qeydə alınıb. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən xəbərə görə, hadisələr nəticəsində 52 nəfər zərər çəkib.
Ötən ay qeydə alınan 2 botulizm hadisəsi nəticəsində 4 nəfər zəhərlənib. Fevral ayında botulizmdən 2 nəfər dünyasını dəyişib. Qida zəhərlənməsi hallarının hamısı məişətdə baş verib.
Ümumilikdə isə bu ilin yanvar-fevral ayları ərzində 67 qida zəhərlənməsi faktı qeydə alınıb ki, nəticədə 96 nəfər zərər çəkib. İki ay ərzində qeydə alınan 7 botulizm hadisəsi nəticəsində 14 nəfər zəhərlənib. Hadiəslər nəticəsində ümumilikdə 3 nəfər dünyasını dəyişib.