Fikrət Qocaya ağır itki üz verib

15:50 - 12 Mart 2017 - Xəbər

Şairin oğlu Yalçın Qocayev dünən vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocaya ağır itki üz verib. Ucnoqta.az bakipost.az-a istinadən xəbər verir ki, şairin oğlu Yalçın Qocayev dünən vəfat edib. F.Qoca açıqlamasında oğlunun yıxılaraq dünyasını dəyişdiyini bildirib:
"Dünən çox pis şəkildə yıxılıb. Həkimlər gələnə kimi keçinib".
Qeyd edək ki, mərhumun 52 yaşı olub.

Allah rəhmət eləsin.

Xəbər xətti