Səudiyyə Ərəbistanı Həcc ziyarətinə 2,5 milyondan çox zəvvarı qəbul etməyi planlaşdırır

11:26 - 10 Yanvar 2017 - Xəbər

Səudiyyə Ərəbistanı hökuməti bu il krallığa Həcc ziyarətinə gələcək zəvvarların sayının artımı məqsədilə bir sıra tədbirlər görmək niyyətindədir. "TASS" agentliyinin məlumatına görə, bu barədə ölkənin mədəniyyət və informasiya naziri Adil bin Zeyd ət-Tarifi xəbər verib.

O, bildirib ki, zəvvarların qəbulunun 800 mindən 2,6 milyon nəfərədək artırılması planlaşdırılır. Adil bin Zeyd ət-Tarifinin sözlərinə görə, zəvvarların sayının artırılmağı təşkilat qaydalarına da uyğun gəlir.

Həcc işləri üzrə nazirlik elan edib ki, Məkkədə girişinə 5 ildir məhdudiyyət tətbiq edilmiş məscidi əl-Haramın sahəsinin genişləndirilməsindən sonra əlavə olaraq təxminən 800 min zəvvar qəbul ediləcək.

Xəbər xətti