Türkiyə məhkəməsi 380 iş adamının həbs olunması barədə qərar qəbul edib. “Report” "Habertürk"ə istinadən xəbər verir ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinirlər.
Həmin iş adamları ölkənin 35 əyalətində fəaliyyət göstərirmişlər. Aparılan araşdırmalar nəticəsində onların 110-unun xaricdə olduğu müəyyənləşib.