Şəkidə ikimərtəbəli fərdi yaşayış evi yanıb.
Ucnoqta.az xəbər verir ki, Şəki şəhəri Ə. Haqverdiyev küçəsində Vidadi Həmidova məxsus, ümumi sahəsi 288 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
Evə bitişik yardımçı tikili və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.