Moskva hava limanlarında ən azı 31 reys gecikir - PUA hücumu

00:18 - 7 May 2025 - DÜNYA

Ukrayna PUA-larının Moskvaya hücumu təhlükəsi səbəbindən Moskva hava limanlarında ən azı 31 reys gecikir.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Şeremetyevoda 18 təyyarə havaya qalxmaq üçün icazə gözləyir. 25 təyyarə səmada dövrə vuraraq enməyi gözləyir. Daha 24 təyyarə isə alternativ aerodromlara göndərilib.

Vnukovo hava limanında 13 reys gecikir. Daha beşi ləğv edildi.

Domodedovo hava limanının saytı işləmir.

Xəbər xətti