ABŞ husilərin mövqelərinə zərbələri dayandırır - Tramp

20:18 - 6 May 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp ölkəsinin Yəmənin Ənsar Allah hərəkatının husi üsyançılarına qarşı hücumlarını dayandırdığını bildirib.

Ucnoqta.az xəbər verir ki, Tramp Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşündə deyib.
"Husilər, heç olmasa, bizə dedilər ki, onlar artıq döyüşmək istəmirlər. Onlar döyüşmək istəmirlər və biz buna hörmət edirik. Biz bombardmanı dayandıracağıq. Onlar təslim oldular. Söhbət ABŞ-dan gedir".

"Biz husiləri bombalamağı dərhal dayandıracağıq" deyən o, üsyançıların öz növbəsində guya Qırmızı dənizdə və Bab əl-Məndeb boğazında gəmilərə bir daha hücum etməyəcəklərini vəd etdiklərini deyib.

Xəbər xətti