İtaliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb
Ucnoqta.az yerli KİV-ə istinadən xəbər verir ki, Palermoda nümayiş uçuşlarına hazırlıq zamanı İtaliya Hərbi Hava Qüvvələrinin Frecce Tricolori akrobatika komandasının üç Aermacchi MB-339-PAN təyyarəsi havada toqquşub.
Təyyarələrdən birinin heyəti aerodroma çata bilsə də, eniş zamanı təyyarə uçuş-enmə zolağından kənara yuvarlanıb.