Bakıda yaşayış binasında yanğın söndürüldü

18:41 - 6 May 2025 - HADİSƏ

Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində onikimərtəbəli yaşayış binasının onbirinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəbər xətti