Husi hədəflərinin bombalanması nəticəsində 2 nəfər ölüb

00:17 - 6 May 2025 - DÜNYA

İsrailin Yəməndəki zavoda zərbələri nəticəsində iki nəfər ölüb

Ucnoqta.az xəbər verir ki, bu barədə husilərin nəzarətində olan Al Masirah telekanalı məlumat yayıb.
Bildirilir ki, İsrailin Yəməndə sement zavoduna endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb.

Qeyd edək ki, 20 İsrail qırıcısı Yəməndə Husilərin onlarla hədəfinə hücumda iştirak edərək, onlara 50 sursat atıb.

Xəbər xətti