Kiyev İsrail və Avropadan əlavə "Patriot" ala bilər

18:03 - 4 May 2025 - DÜNYA

Ukrayna İsraildən və Avropadan Patriot sistemləri ötürməklə əlavə hava hücumundan müdafiə sistemləri ala bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə New York Times öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bir sistem artıq təmirdən sonra göndərilməyə hazırlanır. Bundan başqa, Almaniya və Yunanıstan daha bir kompleksin transferini müzakirə edirlər.
Mənbələr ABŞ prezidenti Donald Trampın qərarla bağlı mövqeyini dəqiqləşdirməyib, bunun Co Bayden administrasiyası dövründə verilib-verilməməsi sualını açıq qoyub.

Pentaqon NYT-nin sorğusuna cavab olaraq bildirib ki, Vaşinqton əvvəllər təsdiq edilmiş proqramlar çərçivəsində Kiyevə silah tədarükünü davam etdirir.

Xəbər xətti