"Azərpoçt"dan 10 dollar QADAĞASI

12:38 - 2 May 2025 - Xəbər

“Azərpoçt” MMC poçt filialllarına 10 və daha az nominallı dollar əskinaslarının qəbulunu dayandırıb.

Bu barədə Ucnoqtş.az-a oxucular məlumat veriblər. Belə ki, xarici ölkəyə pul göndərişi zamanı poçt filialında təqdim etdikləri 10 dollarlıq əskinas qəbul edilməyib. Buna səbəb isə  “Azərpoçt” tərəfindən göstəriş verildiyi bildirilib.

Məsələni araşdırmaq üçün "Azərpoçt"la əlaqə saxlasaq da onlarda belə bir göstəriş olmadığı deyilsə də araşdırılacağı bildirildi.

 

Xəbər xətti