ABŞ-la faydalı qazıntılara dair saziş ratifikasiya üçün Radaya təqdim olunacaq - Zelenski

21:09 - 1 May 2025 - DÜNYA

Bir gün əvvəl Ukrayna və ABŞ nümayəndələri tərəfindən imzalanan faydalı qazıntılara dair sazişi ratifikasiya üçün Ali Radaya göndəriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Müqavilə imzalanıb və ratifikasiya üçün Ali Radaya göndəriləcək. Biz də maraqlıyıq ki, sazişlə bağlı heç bir gecikmə olmasın. Bu gün mən Ali Radanın rəhbəri Ruslan Stefançukla danışdım. O cümlədən, sazişin ratifikasiyası ilə bağlı" - Zelenski Telegram kanalında yayımlanan gündəlik müraciətində deyib.

Xəbər xətti