Neftin qiyməti aprelin 9-dan bəri ilk dəfə bir barel üçün 60 dollardan aşağı düşüb
Ucnoqta.az ticarət məlumatlarına əsasən xəbər verir ki, ICE London birjasında Brent markalı neftin qiyməti aprelin 9-dan bəri ilk dəfə olaraq 60 dollar/bareldən aşağı düşüb. Belə ki, hazırda bir barel Brent nefti 59,90 dollar olub.
Həmçinin, 2025-ci ilin iyun ayında tədarük üçün WTI markalı xam neftin fyuçers müqaviləsi 1,83% azalaraq 56,99 dollar/barel olub.