Putin ilk dəfə Kremldəki mənzilini göstərib

22:24 - 30 Aprel 2025 - Xəbər

Rusiya prezidenti Vladimir Putin etiraf edib ki, son üç ildə o, tez-tez Kreml divarları arasında gecələyib.

Ucnoqta.az xəbər verir ki, o, ilk dəfə "Rusiya. Kreml. Putin. 25 il" sənədli filminə verdiyi müsahibədə Kremldəki mənzilini göstərib, fraqment VGTRK jurnalisti Pavel Zarubinin Telegram kanalında yerləşdirilib.

Videoda Putin və Zarubinin Rusiya liderinin mənzilinə daxil olduğu görünür. Prezidentin arxasında bir neçə dəfə hörmətini xatırlatdığı İmperator III Aleksandrın portretini görmək olar.

Xəbər xətti