Lənkəranda 36 yaşlı qadının meyiti tapılıb

13:15 - 30 Aprel 2025 - ÖLKƏ İÇİ

Lənkəranda evdən qadın meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Ləj kəndində baş verib.

Kənd sakini 1989-cu il təvəllüdlü Nigar Heydərovanın meyiti yaşadığı ünvanda aşkarlanıb.

İlkin məlumata görə, 36 yaşlı qadın intihar edib.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti