ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır - Uolts

12:15 - 30 Aprel 2025 - DÜNYA

ABŞ İranın nüvə proqramını məhdudlaşdırmaq üçün bütün variantları müzakirə edir.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts deyib.

"Bütün variantlar masadadır. İranın nüvə silahı olmamalıdır, prezident bu məsələdə tamamilə ciddidir", - Uolts New York Post qəzetinə İranın nüvə obyektlərinə zərbələr endirilməsi ehtimalı ilə bağlı bəyanatları şərh edərkən deyib.

Prezidentin köməkçisi ümid etdiyini bildirib ki, Trampın may ayında Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə gözlənilən səfəri regionda bir sıra münaqişələrə son qoyulması üçün irəliləməyə kömək edəcək.

Xəbər xətti