Andhra Pradeş ştatının Visakhapatnam şəhərində məbədin divarının uçması nəticəsində azı 7 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Hindu” qəzeti yazır.
Hindu bayramını qeyd etmək üçün məbəd mərasiminə qatılmaq üçün növbəyə duran insanların üzərinə divar uçub.
Hadisə çərşənbə günü səhər tezdən Visakhapatnamda şiddətli yağış və güclü tufanlardan sonra baş verib.
Dağıntı yerində xilasetmə işləri aparılır. Andhra Pradeş Baş Naziri Çandrababu Naidu həlak olanların ailələrinə başsağlığı verib.