Avtomobil yoluna çıxaraq sürücüləri qorxutmaqla, qəsdən həyat və sağlamlığına təhlükə yarandığını iddia etməklə hansısa formada qanunsuz maddi imtiyaz tələb edən şəxslərin hərəkətləri ilə bağlı tədbirlər görülür.
Ucnoqta.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.
DİN sözcüsü qeyd edib ki, sürücülər belə halla rastlaşdıqda dərhal polisə məlumat verillməlidir:
"Əsassız olaraq hansısa şəxsin ictimai təhlükəli əməllərinə biganə yanaşılmamalıdır. Bir hadisənin gizlədilməsi, yaxud hansısa danışığa gedilməsi başqalarını da eyni hədəyə məruz qoya bilər".
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Bakının Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlan özünü qəsdən nəqliyyat vastələrinin altına atır.