Kriştianu Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Asiya Çempionlar Liqasının yarımfinalında yaponiyalı "Kavasaki"yə uduzub.
Ucnoqta.az xəbər verir ki, Ciddədə (Səudiyyə Ərəbistanı) keçirilən görüş 2:3 hesabı ilə başa çatıb.
Finalda Yaponiya klubu yarımfinalda “Əl-Hilal”ı məğlub edən (3:1) Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandası ilə qarşılaşacaq.
“Əl-Nəsr” ölkə çempionatında üçüncü yerdədir və beş tur qalmış lider “Əl-İttihad”dan 8 xal geri qalır.
Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir və bu mövsüm 38 matçda 33 qol vurub.