Yəmənin Ənsar Allah üsyançı hərəkatının husiləri İsrailin Tel-Əviv və Aşkelondakı hədəflərinə dörd pilotsuz təyyarə ilə zərbə endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə husi ordusunun sözçüsü Yəhya Sariya bildirib.
“Yəmən silahlı qüvvələri ikiqat əməliyyat keçirərək, İsrail düşməninin işğal altındakı Yaffa bölgəsində üç “Yaffa” pilotsuz uçan aparatı ilə mühüm hərbi obyektlərinə hücum edib, həmçinin bir “Yaffa” pilotsuz uçan aparatı ilə işğal altında olan Aşkelondakı kritik hədəfə hücum edib” - Husilərə məxsus Al Masirah telekanalında hərəkatın nümayəndəsi bildirib.