Argentinanın Tierra del Fueqo əyalətinin səlahiyyətliləri ölkə sahillərinin cənubunda baş verən 7,5 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi ilə əlaqədar yaşayış məntəqələrindən birində təxliyə elan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə regional hökumət öz Instagram səhifəsində bildirib.
Biql kanalının sahilində, Uşuayya şəhərindən 75 km aralıda yerləşən Puerto Almansa sakinlərindən ehtiyat tədbiri olaraq daha hündür yerdəki təhlükəsiz ərazilərə təxliyə edilmələri xahiş olunur.
Əyalət mərkəzində evakuasiya elan edilməyib. Eyni zamanda, bölgənin mülki müdafiə idarəsi “Biql kanalında bütün növ su fəaliyyəti və naviqasiyanı” qadağan edib.