Ramiz Mehdiyev 8 milyon dollara satışa çıxarılan villadan DANIŞDI

09:30 - 3 May 2025 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə aid olduğu iddia edilən, paytaxtın Tbilisi prospektində dəyəri 8 milyon dollar olan dəbdəbəli villa satışa çıxarılıb.

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Ramiz Mehdiyev bildirib ki, villa ona məxsus deyil: "Satışa çıxarılan villanın qətiyyən bizimlə əlaqəsi yoxdur. İlk dəfədir sizdən eşidirəm.

Bizim satışa çıxarılan villamız yoxdur. Kimə aid olduğunu bilmirəm", - deyə o qeyd edib.

Xəbər xətti