Yann Sommer "Barselona" ilə oyunun ən yaxşısı seçilib

08:24 - 7 May 2025 - İDMAN

"İnter"in qapıçısı Yann Sommer Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə cavab oyununda ən yaxşı oyunçu seçilib.

Ucnoqta.az xəbər verir ki, o, çoxsaylı zərbələrin qarşısını alaraq 10 seyv edib.

İsveçrəli "İnter"ə 2023-cü ildə 34 yaşında 7 milyon avroya keçib. O, 50 milyon avroya "Mançester Yunayted"ə keçən kamerunlu qapıçı Andre Onananı əvəzləyib.

Xəbər xətti