Mobil telefon oğruları saxlanılıb

14:43 - 7 May 2025 - HADİSƏ

Nəsimi rayonu ərazisində 2 nəfər polisə müraciət edərək mobil telefonlarının oğurlandığını bildiriblər.

Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmiş 49 yaşlı A.Əzimov və 34 yaşlı R.Əsədov saxlanılıblar.

Bundan başqa, rayon ərazisində bir nəfərin geyim mağazasından müxtəlif əşyalar, eləcə də pul oğurlayan 33 yaşlı V.Talıbov və 41 yaşlı O.Qasımov da tutulublar.

Araşdırma aparılır.

Xəbər xətti