Ronaldo Madriddə sərxoş halda lentə alınıb

12:40 - 7 May 2025 - MARAQLI

Braziliya millisi ilə ikiqat dünya çempionu Ronaldo Madriddə restorandan sərxoş halda çıxarkən görüntülənib.

Ucnoqta.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

Ronaldonun İspaniyanın “Valyadolid” klubu ciddi problemlərlə üzləşdiyi üçün video populyarlıq qazanıb. Komanda 100 illik fəaliyyətində ilk dəfə səkkiz matçda məğlub olub və 34 turda 16 xal toplayaraq İspaniya çempionatının turnir cədvəlində sonuncu yerdədir. Mövsüm başa çatdıqdan sonra klub Sequndaya düşəcək.

Ronaldo 2018-ci ilin sentyabrında "Valyadolid"in sahibi olub. Onun rəhbərliyi altında komanda üçüncü dəfə Primeradan ayrılıb. Videonun yayılmasından daha da qəzəblənən fanatlar sosial şəbəkələrdə Ronaldonun klubdan getməsini tələb ediblər.

Xəbər xətti