Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili Beyləqan rayonu üzrə bir sıra ümumi təhsil müəssisələrinə baş çəkib, təhsil müəssisələrində tədris prosesi ilə yaxından tanış olub.
Ucnoqta.az xəbər verir ki, məktəblərdə şagirdlərin inkişafı, onların nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı ilə bağlı fikir mübadiləsi aparıb. Təhsil müəssisələrinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində tövsiyələrini verib. Məktəb direktorları, müəllimlər idarə müdiri ilə fikir və təkliflərini bölüşüblər.
Sonra Bəhruz Nəbili Namiq Allahverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinə gələrək Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar şagirdlər arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində I yerə layiq görülmüş məktəbin IX sinif şagirdi Nəsirli Röya Ruslan qızının təhsil aldığı sinifdə olub.
İdarə müdiri Nəsirli Röyanı təbrik edib, şagirdlərə xoş arzularını çatdırıb, gələcək həyatlarında uğurlar arzulayıb.