“Baldız” türk komediyası CineMastercard kinoteatrlarında! - VİDEO

11:16 - 7 May 2025 - MAQAZİN

 Yalnız “CineMastercard” premium kinoteatrlar şəbəkəsində mayın 8-dən rejissor Hamdi Alkanın təqdim etdiyi “Baldız” türk komediyasının nümayişi başlayır.

Filmdə Oya Başar, Asuman Dabak, Ayşegül Asar, Pedro Karami, Damla Aslanalp və Emel Müftüoğlu kimi canlandıran obrazlar tamaşaçıları laqeyd qoymayacaq.
Qısa məzmun: Parlaq xarakterlər və gülməli süjetlərlə dolu bir komediya: bir tərəfdə həm sevimli, həm də qısqanc bir bacı, digər tərəfdə isə sevgi uğrunda hər şeyə hazır olan kiçik bacı və onların arasında qalan çarəsiz bir kürəkən. Bu ailəvi qarşıdurmadan kim qalib çıxacaq?

“Baldız” — türk temperamentini, yumoru və parlaq emosiyaları birləşdirən komediyadır. Bu film tamaşaçılara unudulmaz kino axşamı bəxş edəcək!
Qeyd etmək istərdik ki, filmin yaş həddi 18+ təyin olunub.

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Xəbər xətti