"İnşaatçılar"da partlayış - Xəsarət alan var

10:48 - 8 May 2025 - HADİSƏ

Sumqayıtda emalatxanada partlayış olub.

Ucnoqta.az xəbər verir ki, hadisə "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.

Sobanın partlaması nəticəsində partlayış baş verib. Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti