Bu yolda hərəkət məhdudlaşdırılacaq

12:27 - 8 May 2025 - AVTO

Böyükşor-Pirşağı yeni avtomobil yolunun 1,3-cü km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması 10 may tarixində səhər saat 09:00-dan başlayaraq bir neçə saat ərzində qüvvədə olacaq.

Hərəkətin məhdudlaşdırılması ilə əlaqədar olaraq ərazidə sürücülərə alternativ yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə, yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, - deyə agentlikdən bildirilib.

Xəbər xətti