Mingəçevirdə 49 yaşlı qadın küçədə döyülərək köməksiz buraxılıb.
Ucnoqta.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə çimərlik yolu ərazisində baş verib.
1976-cı il təvəllüdlü Yefsfanfova Marina Anatolyevna hələki məlum olmayan səbəbdən döyülərək müxtəlif bədən xəsarətləri alıb.
Xəstəxanaya çatdırılan qadın: "Məni Nataşa ilə yanındakı oğlan döydü", - söyləyib.
Faktla bağlı araşdırma aparılır.