Məktəbli uşaq bədən tərbiyəsi dərsi zamanı dünyasını dəyişib
Ucnoqta.az xəbər verir ki, Poltava vilayətinin Piriatin şəhərindəki 6 saylı liseydə dəhşətli hadisə baş verib. 13 yaşlı Stanislav Korqun idman dərsi zamanı qəfil dünyasını dəyişib. Boksla fəal məşğul olan və bu yaxınlarda yarışda ikinci yeri qazanan oğlan qaçdıqdan sonra huşunu itirib.
Uşaq 500 metrlik iki dövrə qaçıb, özünü pis hiss edib və yıxılıb. Müəllim bunu görüb və təcili yardım çağırıb, uşağa kömək edə bilməyib.