Bakıda yaşayış evi yanıb.APA-nn Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 54 m2 olan taxta konstruksiyadan ibarət, birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 m2 sahədə və bir otağında ev əşyaları 10 m2 sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.