Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 4 dəfə üstələyib

12:07 - 31 Dekabr 2016 - Xəbər

Azərbaycanın strateji valyuta ehtiyatları 2016-cı ilin 11 ayının sonuna 37,3 milyard ABŞ dolları təşkil edərək 28 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 4 dəfə üstələyib.Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında deyilir.Qeyd olunur ki, fiskal konsolidasiya və məzənnədə baş verən dəyişikliklər strateji valyuta ehtiyatlarına əhəmiyyətli qənaət etməyə imkan verib. Strateji valyuta ehtiyatları hazırda ÜDM-in təxminən 100%-ni təşkil edir.Bəyanatda bildirilir ki, Azərbaycan üçün əlverişsiz beynəlxalq konyunktur şəraitində 2015-ci ildə olduğu kimi,2016-cı ildə də tədiyə balansı kəsirli olub. Ümumilikdə, 2016-cı ilin sonuna tədiyə balansında 5 milyard ABŞ dolları məbləğində ümumi kəsirin olacağı gözlənilir.

Xəbər xətti