Hadisə bu gün Bakıya gəlir

12:50 - 30 Dekabr 2016 - MAQAZİN

Bakı Olimpiya Stadionunun təşkilatçılığı ilə dekabrın 31-də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti baş tutacaq. Bakı Olimpiya Stadionunun mətbuat katibi Teleqraf.com-a açıqlamasında konsertə yüksək səviyyədə hazırlaşdıqlarını deyib: “Konsertimiz qüvvədədir. Artıq son hazırlıq işləri gedir. Bu gün ulduzlar Bakıya gəlir. Hər şey qaydasındadır”.
Konsertdə Hadisə, Demet Akalın, Murat Dalkılıc, Berksan, Ozan Doğulu, məşhur dj-lər Cemre və Mahmut Orhan ilə yanaşı Röya Ayxan və Miri Yusif də səhnəyə çıxacaq.

Xəbər xətti