Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qoşqar Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb."Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Q.Sultanov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunub.