Maşını aşıran müğənni danışdı

12:01 - 30 Dekabr 2016 - Xəbər

Gənc müğənni Yaşar Cəlilov Heydər Əliyev Sarayının yaxınlığında qəzaya düşməsinin təffərrüatlarını danışıb.O, Teleqraf.com-a açıqlamasında səhhətinin yaxşı olduğunu deyib: “Maşını normal sürətlə idarə edirdim. Qəflətən qarşıma taksi çıxdı. Onu vurmamaq üçün daş səddə çırpıldım və avtomobilim aşdı. Səhhətim normaldır. Narahatlığa səbəb yoxdur. Sağ salamatam, Allah hər kəsi qorusun. Nə özümə, nə də yanımda əyləşən dostuma bir şey olub. Sadəcə, maşın yararsız vəziyyətdədir”.
Yaşar Cəlilov “Volkswagen Touareg” markalı avtomobil idarə edirdi.

Xəbər xətti