Azərbaycan prezidenti İlham Əliyev Səftər Heydər oğlu Hacıyevin III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, S. Hacıyev Azərbaycanda sadiqliyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini yüksək peşəkarlıqla təmin etdiyinə görə təltif edilib.